Türkiyə hərbi istehkamçıları Ağdamda tapşırıqları icra edir – VİDEO
Kateqoriya məlum deyil
Azad
edilmiş Ağdam rayonu ərazisində Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan
minadan təmizləmə üzrə heyəti Azərbaycan Mühəndis Qoşunlarının bölmələri ilə
birgə mühəndis təminatı üzrə tapşırıqları icra edir.
Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, hər iki ölkənin hərbi istehkamçıları əkin sahələri və əlaqə yollarını mina və partlamamış mərmilərdən təmizləyərək istifadəyə yararlı vəziyyətə gətirir.
Azad edilmiş ərazilərimizdə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.






