Logo

"İlham Əliyev Avropada təhlükəsizliyə təhdid olan münaqişəni həll etdi" - Peru mətbuatı

"İlham Əliyev Avropada təhlükəsizliyə təhdid olan münaqişəni həll etdi" - Peru mətbuatı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Azərbaycan və Ermənistan arasındakı sülhnQafqaz üçün daha yaxşı gələcək gətirəcək".

Sfera.az xəbər verir ki, bu sözlər Peru mətbuatında - "Noti America" xəbər saytında yayımlanan məqalədə yer alıb. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində əldə edilən üçtərəfli uğurlu bəyanatın perspektivlərindən bəhs edilən materialda Qafqazın güc strukturuna çevrilməsindən də söz açılıb:

"Nəhayət, Qafqaz bölgəsində sülh qurulmağa başlayır. Noyabrın 10-dan etibarən Dağlıq Qarabağda tam atəşkəsə dair üçtərəfli birgə bəyannamə işğalın sona çatmasına və əsasən Azərbaycanla Ermənistan arasındakı silahlı qarşıdurmanın sona çatmasına səbəb oldu. Bu, bölgənin gələcəyini dəyişdirdi.

Növbəti addım münasibətlərin normallaşdırılmasıdır və mövcud reallığa əsaslanaraq Qarabağda birgə yaşayış vəzifə halına gəlib. Bu yeni reallığın məzmunu birlikdə yaşamağı hər zamankından daha yaxın edib.

Sovet İttifaqının dağılmasından sonra Qafqazın güc strukturuna çevrilməsi ehtimalı meydana gəlmişdi. Lakin işğal səbəbindən sərhədlər bağlandı və dəmir yolları vasitəsilə ölkələrə çıxış olmadı. Üçtərəfli razılığın əldə edilməsindən bir neçə həftə keçməsinə baxmayaraq artıq bölgədə qarşılıqlı əlaqələri bərpa edəcək layihələr ortaya çıxıb. Xankəndini digər şəhərlərlə birləşdirəcək dəmir yolu layihəsi buna bariz nümunədir.

Dağlıq Qarabağ münaqişəsinin həlli, Avropa Birliyi civarında daha sabit və etibarlı bir bölgənin formalaşması ilə nəticələnir. Sabit bir bölgə daha çox investisiya, daha çox istehsal və rifah deməkdir. Münaqişənin həlli digər dondurulmuş münaqişələr üçün də parlaq bir nümunədir.

İlham Əliyev uzunmüddətli perspektivləri ilə müasir bir ordu qurdu, müasir texnologiyaların istifadəsi və səmərəliliyi dünya üçün bir nümunə oldu və gələcəyə dair ipucu verdi. O, Avropada sülh, təhlükəsizlik və sabitliyə ən böyük təhdid olan münaqişəni həll etdi. İlham Əliyevin müdrikliyi bölgənin sabitliyini və firavanlığını təmin edəcək.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR