"Azərbaycan Türkiyə-İsrail münasibətlərini yoluna qoya bilər" - Xəzər Siyasət Mərkəzi
Sfera.az Mərkəzin İsrail və Türkiyə münasibətləri haqqında analitik yazısını təqdim edir:
İsrail və Birləşmiş Ərəb Əmirliklərinin 2020-ci ilin sentyabrından münasibətləri normallaşdığı üçün İsrail bölgədəki digər dövlətlərlə də bir sıra sövdələşmələr edib. O vaxtdan bəri Bəhreyn, Sudan və Mərakeş bölgənin yeganə Yəhudi dövləti ilə münasibətlərini normallaşdırıb.
İndi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin təşviqi ilə ölkəsinin İsrail ilə münasibətlərini düzəltməyə çalışa biləcəyi barədə xəbərlər ortaya çıxıb. Azərbaycan və Türkiyə prezidentləri arasındakı telefon danışığında vasitəçilik məsələsi qaldırılıb və eyni mesajı Azərbaycan xarici işlər naziri də İsrailə çatdırıb.
Prezident Ərdoğanın AKP dövründə İsrail ilə münasibətləri xeyli pisləşib. 2010-cu ilin may ayında, Qəzzaya yardım aparan türk gəmilərinə İsrail əsgərlərinin basqınından sonra münasibətlər daha da gərginləşib. Bundan sonra Türkiyə İsraildən səfirini geri çağırdı. Növbəti mərhələlərdə iki ölkə arasında münasibətlərin normala dönməsi üçün cəhdlər göstərilsə də, bir nəticə olmadı.
Ancaq bu dəfə nəticə fərqli ola bilər. Türkiyənin ən əzmkar müttəfiqi olan Azərbaycan, tərəfdaşları arasındakı əlaqələri yaxşılaşdırmaq üçün İsraillə mərkəzi əlaqələr qurub. Müsəlman ölkəsi Azərbaycan, 1991-ci ildə müstəqil dövlət olaraqortaya çıxandan bəri İsraillə güclü və müsbət əlaqələr qurub. Belə ki, iki ölkə arasında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tam isti münasibətlər mövcuddur. Azərbaycan İsrail üçün aparıcı xam neft tədarükçüsü olub. Azərbaycanla İsrail arasında güclü ticari əlaqələr mövcuddur və son zamanlar Azərbaycan kənd təsərrüfatının inkişafında texniki inkişaf yardımları göstərilib. Azərbaycan bu illər ərzində İsrailin hərbi texnikasını almaqla da faydalana bilib. Azərbaycan və İsrailin son illərdə möhkəmləndirdiyi müsbət münasibətlər, Prezident Əliyevin Türkiyə ilə İsrail arasında barışığa kömək etmək istədiyi zaman əsas rol oynaya bilər.
ABŞ Bakının iki ortaq arasındakı diplomatik münasibətləri yaxşılaşdırmaq cəhdini yaxından təqib etməli və belə demək olarsa, bu məsələ ilə məşğul olmalıdır. Türkiyə, ABŞ-ın NATO-dakı kritik müttəfiqidir və bir çox Amerika hərbi bazasına ev sahibliyi edir. ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqi İsrailin türklərlə müsbət münasibətləri yaratması bölgədəki sabitliyi təşviq etmək üçün əhəmiyyətli bir addım olardı. Hər iki ölkə, ABŞ kimi, artan İran avantürizmindən ehtiyatlanır və artmaqda olan iş birliyindən iqtisadi cəhətdən faydalana bilərlər. Bundan əlavə, ABŞ-ın bu məsələdə iştirakı İsrailin Aralıq dənizi qaz yataqları ilə Türkiyənin Ceyhan kəmərindəki mövcud infrastrukturu vasitəsilə Avropa arasında enerji bağlantısını təşviq etmək cəhdlərində faydalı ola bilər. Beləliklə, ABŞ İsrail qaz yataqlarını Ceyhan üzərindən Cənub Qaz Dəhlizi ilə əlaqələndirən mümkün bir əlaqələndiriciyə dəstək olar.
İsrail-Türkiyə münasibətlərində düzəliş etmək üçün əsas məqamlar var. İsrail Şərqi Aralıq dənizindəki Tamar, Leviathan və Afrodit təbii qaz sahələrini bölməyə razılıq verdiyi Kipr və Yunanıstanla yaxşı münasibətdədir. Bu sahələrin inkişafındakı ortaqlıqlar, üç ölkə arasında sıx əlaqələri inkişaf etdirib və İsrailin Türkiyə ilə münasibətlərinin normallaşması üçün bu ölkəni daha təmkinli hala gətirib. Ərdoğanın, eyni zamanda, 2020-ci ilin oktyabrında "Qüds bizimdir” iddiası kimi İsrail əleyhinə ciddi açıqlamalar vermə kimi tarixçəsi də var. Tərəfdaşlarını bir araya gətirmək missiyasına nail olmaq üçün Azərbaycan bu diplomatik və ritorik büdrəmə maneələrini dəf etməli olacaq.
Barışıq çətin olsa da, bunun mümkünsüz olacağını demək olmaz. 2020-ci il İsrailin digər Orta Şərq ölkələri ilə münasibətləri üçün inqilabi bir il oldu. İsrail Baş Naziri Benyamin Netanyahunun mühafizəkar Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşdüyü bildirilən bir ildə İsrail-Türkiyə münasibətlərində dönüşün olması çox az görünür. Barışıqda vasitəçi kimi Azərbaycanın olması və ABŞ-ın təşviqi Türkiyə İsrail münasibətlərini yoluna qoya bilər.
Sfera.az
Əzizə Zeynal






