Logo

Koronavirusun yeni ştammı Azərbaycanın bir addımlığında...

Koronavirusun yeni ştammı Azərbaycanın bir addımlığında...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gürcüstanda koronavirusun yeni ştammının mövcudluğu istisna edilmir.

Sfera.az xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər Tbilisidə COVID-19-a şübhəli yoluxma halları ilə bağlı tədqiqatlar aparırlar: "Koronavirusun yeni ştammı hələ təsdiqlənməyib. Yeni növ aşkarlana bilər, lakin araşdırmalar üçün günlər tələb olunur”.

A.Qamkrelidze deyib ki, Gürcüstanda yeni ştammı təsdiqləmək yalnız Riçard Luqar adına laboratoriyada mümkündür və bu cür araşdırmalar kifayət qədər uzun müddətli və bahalıdır. /Report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR