Logo

İlham Əliyevin Türkiyə ilə İsrail arasında barışdırıçılıq missiyası – İsrail nəşrindən iddia

İlham Əliyevin Türkiyə ilə İsrail arasında barışdırıçılıq missiyası – İsrail nəşrindən iddia
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrail və Türkiyə arasında münasibətləri normallaşması üçün prezident İlham Əliyev vasitəçi olub.

Sfera.az xəbər verir ki, Tel-Əviv mərkəzli xəbər saytı "Walla" Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə ilə İsrail arasındakı münasibətlərin normallaşması üçün vasitəçilik etdiyi iddiasını gündəmə gətirib.Xəbərdə Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparan İlham Əliyevin müsbət cavab aldığı iddia edilib.

İsrail diplomatik səlahiyyətçiləri mətbuatın suallarını cavablandıraraq Prezident İlham Əliyevin bu məsələdə vasitəçi olması məsələsini təkzib etməyiblər. Nümayəndələr bu mövzuda Türkiyədən müsbət siqnal almadıqlarını və münasibətlərin bərpasının Türkiyə Prezidentinin əlində olduğunu bildiriblər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və İsrailin fələstinli etirazçılara müdaxiləsindən sonra Türkiyə və İsrail qarşılıqlı olaraq öz səfirlərini geri çağırmışdılar.

2018-ci ildən səfirlərin geri çağrılmasından sonra iki ölkə arasında münasibətlərin normala dönməsi müzakirə mövzusudur. Lakin münasibətlərin normallaşması İsraildə 2021-ci ilin mart ayında keçiriləcək prezident seçkilərinədək gözlənilmir.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR