Fərhad Əhmədov “YAŞAT” Fonduna bir milyon manat köçürdü
Azərbaycan əsilli rusiyalı iş adamı, xeyriyyəçi Fərhad Əhmədov rəsmi Facebook səhifəsində izləyicilərinə müraciət ünvanlayıb.
Sfera.az sözügedən müraciəti təqdim eir:
"Hörmətli oxucular!
Vətən müharibəsi qələbə ilə başa çatdı. Bakıda Zəfər Paradı keçirildi. İşğalçılar qovulduqdansonra ölkə ərazilərində bərpa işlərinə start verildi.
Bir zamanlar A.V.Suvorov demişdi ki, son əsgər dəfn olunana qədər müharibəni bitmiş saymaq olmaz. Canından keçən qəhrəmanların xatirəsinə hörmətlə yanaşmaq çox vacibdir. Amma onların ailələrinə, yaralılara, Vətənin azadlığı uğrunda mübarizədə qan tökənlərə qayğı göstərmək,onların qeydinə qalmaq da qarşımızda duran əsas vəzifələrdəndir. Onlara yaralarını sağaltmaqda, sağlamlıqlarını bərpa etməkdə və normal həyata qayıtmaqda kömək etməkümumi borcumuzdur.
Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda Yaralılara və Şahidlərin Ailələrinə Yardım Fondu yaradılıb.
Prezidentin təşəbbüsünü dəstəkləyərək bu Fonda bir milyon manat köçürmək qərarına gəldim.”
Selcan
Sfera.az






