Logo

Ermənistanda gərginlik – Polis Hökumət binasını mühasirəyə aldı

Ermənistanda gərginlik – Polis Hökumət binasını mühasirəyə aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan polisi Hökümət binasının qarşısında 5-6 sıralıq sıx kordon yaradıb.

Sfera.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan polisi bu gün, səhər tezdən Hökümət binasına aparan Melik Adamyan küçəsini bağlayıb.

Bundan əlavə, Nazirlər Kabineti binasının qarşısınaavtobuslarla gücləndirilmiş polis qüvvələri çatdırılıb. Hüquq mühafizəçiləri binanın qarşısında 5-6 sıralıq sıx kordon yaradıblar.

Xatırladaq ki, dünən keçirilən mitinqdə müxalifət bəyan etmişdi ki, bu gün səhər saat 10.00-dan etibarən Baş nazir Nikol Paşinyan və digər hökumət üzvlərinin binaya daxil olmasının və nazirlər kabinetinin iclasının keçirilməsinin qarşısını almaq üçün Hökumət binasının girişlərini bağlayacacaq.

Tərcümə: Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR