Logo

Bu kəndin bir hissəsi 66 il sonra qaytarılır

Bu kəndin bir hissəsi 66 il sonra qaytarılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Zəngəzur istiqamətində dövlət sərhədinin yenidən çəkilməsi nəticəsində Qubadlının Şahverdilər kəndinin bir hissəsi Azərbaycan ərazisinə düşüb.

Sfera.az xəbər verir ki, Azərbaycan hərbçiləri hazırda bölgədə sərhədin müəyyənləşdirilməsi işini həyata keçirirlər.

"News.am” saytı yazır ki, sərhədin müəyyənləşdirilməsi zamanı ermənilərdən birinin evi də Azərbaycan ərazisinə düşüb.

Vorotan (Şahverdilər) qəsəbəsinin icma rəhbəri Surik Ohancanyan Azərbaycan hərbçilərinin evi boşaltmaq haqqında xəbərdarlıq etdiyini deyir.

"Azərbaycanlılar GPS ilə sərhədləri müəyyənləşdirməyə davam edir. Evlərdən biri Azərbaycan ərazisinə düşüb. Dedilər ki, "bu bizim ərazimizdir”, biz razılaşmadıq. Hazırda Rusiya sərhəd xidmətinin rəisi məsələsi yuxarılarla müzakirə edir, yalnız bundan sonra bəlli olacaq”, - Ohancanyan deyib.

Qeyd edək ki, Bərgüşad çayı üzərində yerləşən Şahverdilər kəndi 1954-cü ildə SSRİ dövründə Ermənistana verilib.(Publika.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR