Logo

İran səfiri Türkiyə XİN-ə çağırıldı: Rədd edirik!

İran səfiri Türkiyə XİN-ə çağırıldı: Rədd edirik!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İranın Ankaradakı səfiri Məhəmməd Fərazmənd Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Sfera.az xəbər verir ki, Türkiyə prezidentinə qarşı yönələn əsassız ittihamlar, İranda Türkiyəyə qarşı nifrət kampaniyasının başladılması ilə bağlı səfirə xəbərdarlıq edilib.

Sözügedən iddiaların Türkiyə tərəfindən tamamilə rədd edildiyi, İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin diplomatik kanallar var ikən Tvitter vasitəsilə Türkiyəni hədəf almasının qəbuledilməzliyi səfirin diqqətinə çatdırılıb.

İran tərəfindən bu münasibətin iki ölkənin yaxın əlaqələrinə zidd olduğu da həmçinin bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR