Ərdoğan: Bu qüdrət, bu güc İlham qardaşımda var
Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında Qarabağın gələcəyi barədə danışarkən səsləndirib.
Türkiyə Prezidenti deyib:
"Bu gün məzarları ziyarət edərkən parlamentimizin sabiq sədri İsmayıl Qəhrəman dedi ki, daha əvvəlki səfərlərində hər dəfə əvvəlkindən xeyli fərqli bir Azərbaycan, Bakı görüb. Xüsusilə mən bunu iyirmi il ərzində çox yaşadım. İnanıram ki, biz bu yay fəslində gəldikdə, inşallah, Qarabağın necə dəyişdiyini də görəcəyik. Buna şübhə etmirəm. Bu gün atılan imzalar əslində simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir. Allah köməyimiz olsun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfalar arzu edirəm. Bir daha uğurlarınızın artaraq davam etməsini arzulayıram”.






