Logo

Ceyhun Bayramov Cavad Zəriflə görüşdü - FOTOLAR

Ceyhun Bayramov Cavad Zəriflə görüşdü - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfəri çərçivəsində iranlı həmkarı Cavad Zəriflə görüşüb.

Sfera.az-ın xəbərinə görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə "Twitter"də yazıb.

O bildirib ki, görüş zamanı Dağlıq Qarabağ, regional məsələlər və ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

"İran İslam Respublikası yaxın qonşuluq siyasəti çərçivəsində əldə olunmuş irəliləyişi və işğal olunmuş ərazilərin azad edilməsini alqışlayır, münaqişənin siyasi yolla dayanıqlı şəkildə həll olunmasının vacibliyini vurğulayır", - XİN sözçüsü bildirib.

Ceyhun Bayramov Cavad Zəriflə görüşdü - FOTOLAR
Ceyhun Bayramov Cavad Zəriflə görüşdü - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR