Logo

Göyçay sərtləşdirilmiş xüsusi karantin zonasına salına bilərmi? – Nazirlər Kabinetindən açıqlama

Göyçay sərtləşdirilmiş xüsusi karantin zonasına salına bilərmi? – Nazirlər Kabinetindən açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər sosial şəbəkələrdə Göyçay şəhərində yoluxma sayının kəskin artması ilə bağlı məlumatlar yayılır.

Maraqlıdır, Göyçay şəhəri sərtləşdirilmiş xüsusi karantin zonası elan edilə bilərmi?

Məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Sfera.az-a danışıb.

"Bu barədə heç bir məlumatım yoxdur. Ona görə də heç bir şey deyə bilmərəm” - deyə İbrahim Məmmədov söyləyib.

TƏBİB-in mətbuat katibi Elnarə Baxışlıisə bu kimi qərarların verilməsinin TƏBİB-in səlahiyyətində olmadığını deyib:

"Bildirmək istəyirəm ki, TƏBİB hər hansı bir qərar vermir. TƏBİB ancaq müalicə işi ilə məşğuldur. Digər bütün qərarları isə Nazirlər Kabineti verir”.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR