Logo

“Yeni sülh sazişinə ehtiyac var...” – Etibar Məmmədov

“Yeni sülh sazişinə ehtiyac var...” – Etibar Məmmədov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Yeni sənədə ehtiyac var”.

Bu sözləri Sfera.az-a açıqlamasında imzalanan sülh bəyanatında bir sıra suaların açıq qalması fonunda nizamlanma ilə bağlı yeni sazişə ehtiyacın olması haqda danışarkən AMİP lideri Etibar Məmmədov deyib:

"Bəyannamə öz yerində. Ancaq sonrakı prosesləri tənzimləmək üçün yeni sənədə ehtiyac var. Bu gün məlumat alınıb ki, erməni hərbi birləşmələri Xankəndi və əllərində olan digər əraziləri tərk etmək istəmir. Bu mənada erməni silahlı qüvvələrinin ərazidən çıxarılması, tərksilah olunmasını özündə ehtiva edən məsələlər dəqiqləşdirilməlidir.

Eyni zamanda Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi, idarəetmə strukturlarının formalaşması, ərazidəki idarəetmə struktunun tabeçilik məsələləri də sənəddə əksini tapmalıdır. Azərbaycanın ərazisi olan bu yerlər hələlik nəzarətimizdən kənarda olduğundan, burada da dövlətimizin bayrağı qaldırılmalıdır”.

E. Məmmədov hesab edir ki, sülhməramlıların statusunun sərhədləri də konkret olaraq müəyyənləşməlidir:

"Sülhməramlı qüvvələrin səlahiyyətləri dəqiqləşməlidir. Sülhməramlılar vuruşan iki qüvvəni ayırmaq missiyasını yerinə yetirir. Ancaq indidən görürük ki, sülhməramlılar özlərinə aid olmayan başqa məsələlərə müdaxilə etməyə başlayıb. Ona görə yeni sazişdə həmin prosesi tənzimləyən məqamlar öz əksini tapmalıdır”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR