Bu gün tarixi gündür: Kəlbəcər qayıdır...
Sfera.az xəbər verir ki, noyabrın 10-da Azərbaycan, Rusiya dövlət başçılarının və Ermənistanın baş nazirinin imzaladıqları sazişə əsasən bu gün Kəlbəcər Azərbaycana qaytarılır. Artıq bir neçə gündür ermənilər Kəlbəcəri tərk etməyə başlayıb. Kəlbəcərdə olan əcnəbi jurnalistlər bildirirlər ki, mülki əhalinin demək olar hamısı şəhəri və onun kəndlərini tərk edib. Yerli sakinlərdən bəziləri isə azərbaycanlıların əlinə keçməməsi üçün evlərə od vurublar. Bununla yanaşı, silah-sursatlarını, hərbi texnikalarını döyüş meydanında qoyub qaçan erməni döyüşçülərdən fərqli olaraq, mülki vətəndaşlar aparılması mümkün olan hər şeyi özləri ilə götürür, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. Eyni zamanda işğal olunmuş ərazilərimizdəki maddi-mədəni sərvətlərimizi dağıdır, qarət edirlər. Apara bilmədikləri hər şeyi isə yandırır, məhv edirlər.
Bütün bunlar şübhəsiz ki, ermənilərin vandallıqlarını davam etdirdiyini, bədnam qonşularımızın mənəvi mahiyyətini 27 il sonra da dəyişmədiyini əyani sübut edir.






