Logo

Rusiya Qarabağa 22 təyyarə göndərir

Rusiya Qarabağa 22 təyyarə göndərir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya Qarabağa sülhməramlılarını ən azı 22 İl-76 hərbi-nəqliyyat təyyarəsi ilə göndərəcək.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiə İdarəetmə Mərkəzinin yaydığı videoda qeyd olunub.

"Rusiya hərbi kontingentinin hərbi-nəqliyyat aviasiyası təyyarələri ilə daşınma qrafikini dəqiqləşdirirəm: 11 təyyarə təyinat aerodromlarına uçuşları yerinə yetirir, 11 təyyarə yüklənib, uçuş zamanını gözləyir", - mərkəz işçiləri Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsevə hesabat veriblər.

1,5 dəqiqə davam edən videoçarxda Mizintsev təyyarələrin uçuş qrafikinin dəqiqləşdirilməsini, Ermənistan və Azərbaycanın hava məkanından istifadə etməklə iki İl-76 təyyarə qrupunun eyni vaxtda fəaliyyət göstərməsini təmin etməyi tapşırıb: üç təyyarədən ibarət qruplar 3 saatdan artıq olmayan intervalla uçuşları yerinə yetirəcəklər. /Axar.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR