Logo

Ermənistan Şuşanın azad edildiyini ETİRAF ETDİ

Ermənistan Şuşanın azad edildiyini ETİRAF ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qondarma "Dağlıq Qarabağ respublikasının" "prezidenti" Araik Arutyunyanın "Facebook" hesabından edilən paylaşımda Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyi etiraf olunub.

Sfera.az xəbər verir ki, qondarma "prezident"in Xankəndidəki əsgərləri ziyarət etdiyi barədə edilən paylaşımda deyilir:

"Artıq Azərbaycan Ordusu Şuşadan Xankəndiyə hücum atəşləri edir".

Bununla da ermənilərə Şuşanın Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad edildiyi elan olunub.

Paylaşımda o da bildirilib ki, Xankəndidə döyüşən İkinci Dünya Müharibəsinin veteranları ilə görüş keçirilib.

Beləliklə Araikin səhifəsində eyni zamanda Ermənistan ordusunun darmadağın edildiyi və döyüşmək üçün canlı qüvvə baxımından çatışmazlıq yarandığı da etiraf edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR