Logo

Anna Akopyanın 13 qadınlıq dəstəsi, yunan mifologiyasına uzanan əl və NÖVBƏTİ ERMƏNİ HƏYASIZLIĞI

Anna Akopyanın 13 qadınlıq dəstəsi, yunan mifologiyasına uzanan əl və NÖVBƏTİ ERMƏNİ HƏYASIZLIĞI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın "döyüş şousu” davam edir. Paşinyan-Akopyan cütlüyü Qarabağdakı hərbi məğlubiyyətləri erməni cəmiyyətindən gizlətməklə yanaşı, yeni tamaşalarla baş qatmağa çalışır.

Sfera.az "Sputnik Armeniya”ya istinadla xəbər verir ki, Anna Akopyan, döyüş hazırlığı keçdiyi qadın dəstəsinin təlimlərindən fotolar yayımlayıb. Erməni çarəsizliyinin nümayişi olan həmin fotolar müəlliflərin gözləntilərini doğrultmasa da, kifayət qədər əks effekt verib.

Anna Akopyanın 13 qadınlıq dəstəsi, yunan mifologiyasına uzanan əl və NÖVBƏTİ ERMƏNİ HƏYASIZLIĞI

Paşinyan hakimiyyətinin yalanlarından boğaza yığılan erməni cəmiyyəti Anna Akopyanın məlum fotolarına etinasız yanaşdı, bunu növbəti hoqqabazlıq adlandıranlar da yetərincədir.

Xatırladaq ki, Anna Akopyan 13 qadından ibarət dəstəsini "erməni kraliçası”nın şərəfinə "Erato” adlandırdığını bəyan edib.Bu isə növbəti erməni yalanından başqa heç nə deyil.

Xatırladaq ki, Erato yunan mifologiyasında sevgi poeziyasının muzası, elm və incəsənət tanrıçaları olan 9 muza bacıdan biridir. Erato tanrılar tanrısı Zevsin və Mnemosinanın qızıdır.

Anna Akopyanın 13 qadınlıq dəstəsi, yunan mifologiyasına uzanan əl və NÖVBƏTİ ERMƏNİ HƏYASIZLIĞI

Görünən odur ki, yaratdıqları 13 nəfərlik kiçik dəstəni adlandırmağa tarixlərində istinad tapmayan ermənilər həmişəki kimi oğurluğa əl atıb – Bu dəfə isə zərər çəkən antik yunan mifologiyasıdır.

Hazırladı: Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR