Logo

“Erməni lobbisinin azad mediaya qarşı hücumlarını şiddətlə qınayırıq”

“Erməni lobbisinin azad mediaya qarşı hücumlarını şiddətlə qınayırıq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"İtaliyanın La Republica qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi tərəfindən TF1 və "New York Times" jurnalistləri də fiziki təhdidlərə məruz qoyulmuşdu. Azad media və ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında yazıb.

""Sərhədsiz reportyorlar” təşkilatına və ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinə Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə, mediaya qarşı fiziki və şifahi təhdidləri, təhqiramiz hücumları qınamağa çağırırıq. İfadə azadlığına hörmət edilməlidir”, - o vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR