Logo

“Ancaq qrant mənimsəməyi bilirlər, yoxsa...” - Gənclər Təşkilatları haqq səsimizi dünyaya çatdıra bilirmi?

“Ancaq qrant mənimsəməyi bilirlər, yoxsa...” - Gənclər Təşkilatları haqq səsimizi dünyaya çatdıra bilirmi?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Azərbaycanın haqq səsinin dünyaya çatdırılması demək olar ki, hər bir vətəndaşın üzərindədir. Eyni zamanda bu məsələdə ölkədəki QHT-lər, tələbə gənclər təşkilatları xüsusi rol oynamalıdırlar. Xüsusilə də Tələbə Gənclər təşkilatlarının, bu sahədə aktiv mübarizə aparması zəruridir.

Məsələn, ötən gün Avropa Tələbələr Birliyi tərəfindən Azərbaycanın əleyhinə bəyanat hazırlanıb, dezinformasiya xarakterli bu sənəd geniş kütləyə çatdırılıb. Öz yalanlarını dünyaya çatdırmaqda xüsusi canfəşanlıq edən erməni lobbisinə cavab olaraq Azərbayacan Tələbə Gənclər Təşkilatları nə edir? Bizim tələbə təşkilatları haqqq səsimizi dünyaya lazımı səviyyədə çatdıra bilirmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov gənclər təşkilatlarının illərdir ki, ortaya heç bir sanballı iş qoymadığını bildirib:

"Əslində Azərbaycanda siyasi hərəkatda tələbələr həmişə aktiv olub. Biz bunu 90-cı illərdə, Meydan hərəkatında da görmüşük. Bu gün ölkədə kifayət qədət Gənclər təşkilatları var ki, onların tərkibində olan tələbələr Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda böyük rol oynayırlar. Lakin biz bu halı yanlız bir neçə böyük universitetdə görə bilirik.

Nəzərə alsaq ki, ölkədə 50-dən çox universitet var və burda 185 mindən çox tələbə təhsil alır, o zaman aktivliyin yetərli səviyyədə olmadığını görərik. Bunun da səbəbi universitetlərin tərkibində olan Gənclər təşkilatlarının fəaliyyətinin zəif olması ilə bağlıdır. İndi xüsusilə xarici dilləri tədris edən universitetlərin aktiv olacağı bir məqamdır.

Hesab edirəm ki, Vətən müharibəsi ilə bağlı tələbə konfransları keçirilməlidir ki, məhz bu konfransalarda Azərbaycan həqiqətlərinin ortaya qoyulması lazım idi. Nəzərə alaq ki, 185 min tələbə ordumuz var və bu da ermənilərin tələbə ordusundan azı 5 dəfə çoxdur. Çox təəssüf ki, bizdə bu sahədə vahid kordinasiya görmürük. Bu istiqamətdə, yəni reallıqların dünyaya çatdırılması üzrə cəmi 4-5 universitet xaricə məlumat göndərir ki, onların da bəziləri təəssüf ki, materialı Azərbaycan dilində dərc etdirir.

Bu bizim haqq işimizdir, bu məsəlini peşəkar səviyyədə həyata keçirməliyik. Mən hələ tələbə olanda belə Azərbaycanda Tələbə Gənclər Təşkilatının, eləcə də sadəcə Gənclər Təşkilatlarının sadəcə adını eşitmişəm, heç bir fəaliyyətini görməmişəm. Onlar müəyyən kiçik tədbirləri keçirməklə və öz qohumlarını ətrafların ayığmaqla məşğuldurlar. Baxmayaraq ki, onlara kifayət qədər qrant ayrılır, yenə də biz ortada heç nə görmürük. Onlar sadəcə ayrılan vəsaiti yeməklə məşğuldurlar”.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR