“ABŞ-ın Ermənistanı dəstəkləməsi beynəlxalq hüquq və tarixi konteksdən mümkün deyil” – Patrik Omelli
Keçmiş ABŞ kəşfiyyatçısı Patrik Omelli ABŞ-ın Dağlıq Qarabağ məsələsindəki rolu barədə geniş məqalə yazıb.
Sfera.az xəbər verir ki, 15 ildir Ukraynada yaşayan və işləyən P. Omelli yazısına ötən cümə ABŞ-ın baş katibi Mayk Pompeo ilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşünün nəticəsiz olduğunu qeyd etməklə başlayıb.
O, xatırladıb ki, Ermənistanın ABŞ-dakı diasporası hökuməti Azərbaycana qarşı sərt addımlar atmağa, Amerika Erməniləri Milli Komitəsi Azərbaycanın yüksək rütbəli siyasi və hərbi liderlərinə sanksiya tətbiq etməyə və beynəlxalq münasibətlərdə arzuolunmaz fiqur olan Kim Kardaşyan isə ABŞ-ı Azərbaycana hərbi yardımı dayandırmağa çağırıb.
Müəllif "ABŞ hökumətinin bu müraciətlərə cavabı necə olmalıdır?” sualına bir neçə aspektdən toxunub:
"ABŞ-ın bu mövzuda heç bir şey etməməsi seçim deyil. ABŞ ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən (digərləri Rusiya və Fransadır) biridir. Erməni Diasporasının təkid etdiyi kimi Ermənistanı dəstəkləmək beynəlxalq hüquq və tarixi konteksdən mümkün deyil. ABŞ ermənilərin istədiyini etsə, bununla münaqişənin daha da pisləşməsinə səbəb olar”.

Döyüşlərin başlamasından sonra mediada baş verən fırtınada diqqət çəkən əsas məqamın müharibənin Ermənistanın deyil, Azərbaycanın daxilində baş verməsi oldu. Omelli müharibənin ortalarında özünü elan edən "respublikanı” heç bir ölkənin tanımadığını da xüsusi vurğulayır.
"Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası, BMT-nin Baş Assambleyası, Avropa Şurası və Avropa Parlamentinin bir çox qərarı Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır. Erməni qüvvələrinin dərhal geri çəkilməsinə çağıran BMT-nin Təhlükəsizlik Şurasının ən azı dörd qətnaməsi qulaqardına vurulub. Buna baxmayaraq, onlara lazımi qədər təzyiq olunmayıb. Ermənistan tərəfi iddialarını xalqların öz müqəddəratını təyinetməsi ilə əsaslandırır. 1990-cı illərin qarışıqlığında, bir milyona yaxın etnik azərbaycanlının Dağlıq Qarabağ və ətraf ərazilərdən qovulduğunu unudurlar. İşğalçı Ermənistan silahlı qüvvələri ilə birlikdə çox sayda köçkünün olması, onlara qarşı davamlı ədalətsizlikdir - xüsusən də onları dəstəkləyən bütün qanuni qərarlar nəzərə alınmaqla. İrəvanın BMT-nin əmri ilə geri çəkilməsinə qarşı çıxması etnik erməniləri qorumaq zərurətinə əsaslanır. Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda Azərbaycanın onları bu torpaqlardan qovmaq istədiyini bildirib. Xarici qüvvələr boşaldıqdan sonra Bakının otuz illik vasitəçilik prosesi müddətində bölgəyə muxtariyyət təklifini elan etdiyi bir vaxtda buna nə dərəcədə inanılacağı sual altındadır”.
Patrik Omelli fikrini ermənilərin öz xalqını düşünərək Dağlıq Qarabağa muxtariyyət tələbində səmimi olmadığının əsas sübutu kimi Azərbaycanın yeddi bölgəsini işğal etdiyinə diqqət çəkərək yekunlaşdırır:
"Amerika diqqətli olmalıdır. Bu gün işğal altındakı bölgə xaricində 30 000-dən çox erməni Azərbaycanı vətən adlandırır. Bunu geniş etiqad və etnik etaplara əlavə olaraq, ortodoksal xristianlar və yəhudilərin icmaları kimi sərbəst şəkildə edirlər. Bundan əlavə, seperatçı qüvvələr yalnız Dağlıq Qarabağı deyil, etnik cəhətdən heç vaxt əksəriyyəti erməni olmayan ətrafdakı yeddi bölgəni işğal etmələri onların etnik erməniləri qorumaq tələbini şübhə altına alır”.
Amerikanın Ermənistana kömək üçün daha güclü addımlar atması çağırışlarına məhəl qoyulmamalıdır. Hüquqi presedentdən çıxmaq ABŞ hökumətinin özünün formalaşmasında kritik olan presedentə zidd olar. Onsuz da torpaqlarının geri qaytarılması üçün heç bir nəticə verməyən otuz illik vasitəçilikdən məyus olan Azərbaycan yalnız daha çox zərər görmüş olardı. Ehtiyatlılıq siyasətə rəhbərlik etməlidir. Duyğular hər iki tərəfdən qızdırılsa da, beynəlxalq hüququn rəhbər tutduğu və dünənin tarixi deyil, bu gün yaşayan insanların ehtiyacları ilə dəstəklənən sərin bir baş tələb olunur".
Aysel
Sfera.az






