Səlcuq Bayraktar yeni video paylaşdı - Tezliklə Bayraktar TB-3 gəlir! + VİDEO
Türkiyəli iş adamı, mühəndis, texniki direktor Səlcuq Bayraktar Twitter hesabında Türkiyənin TEI şirkəti tərəfindən istehsal edilən təyyarə mühərrikinin sınaqdan keçirilməsinin videosunu paylaşıb. Hansı ki, bu mühərriklər Akinci və Bayraktar TB-3 üçündür.
O, əlavə edib ki, bu aviasiya mühərriki dünyada ən yüksək xarakteristikaya malikdir.
Sfera.az xatırladır ki, Türk şirkəti TEI buna qədər PD-170 adlı kiçik və orta ölçülü mühərriklər hazırlayıb. Habelə onlar tərəfindən tezliklə yerli PD-222 təyyarə mühərriki də istehsala buraxılacaq.
Yeri gəlmişkən, 49 saat ərzində yerə enmədən uçmağa qadir ağır İHA Aksungurlarda da TEI şirkətinə məxsus mühərrik quraşdırılıb.
Bu görüntülərin bir ay əvvəl çəkildiyini bildirən Bayraktar sınaqdan keçirilmiş mühərrikin prototip deyil, kütləvi istehsal edilən mühərrik olduğunu da vurğulayıb.
O, Bayraktar TB-2 ilə bağlı daha bir məlumatı da bölüşərək bildirib ki, tətbiq olunan qadağaların TB-2 istehsalına heç bir mənfi təsiri olmayacaq.
Rüfət
Sfera.az






