Logo

"Şuşaya nəzarət etmək, Dağlıq Qarabağa nəzarət etmək deməkdir"

"Şuşaya nəzarət etmək, Dağlıq Qarabağa nəzarət etmək deməkdir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Şuşanı ələ keçirmək istəyirlər".

Sfera.az xəbər verir ki,  bunu qondarma rejimin quldur başçısı Araik Harutyunyan erməniləri son dəfə birliyə səsləyib. O, döyüşlərin ilk günlərində ağır məğlubiyyətlərə baxmayaraq reallığı qəbul etmir.

Belə ki, son olaraq darmadağın edilmiş ordusuna səslənən Arutunyan Azərbaycan ordusunun Şuşa şəhərinin lap yaxınlığında olduğunu, artıq Azərbaycanın mədəni mərkəzi hesab olunan gözəl guşənin işğaldan azad edilməsinə çox az qaldığını bildirib:

"Düşmən Şuşanın bir neçə kilometrliyindədir. Onlar ermənilərin qələbə simvolu olan Şuşanı ələ keçirmək istəyirlər. Şuşaya nəzarət etmək, Dağlıq Qarabağa nəzarət etmək deməkdir. Mən şəhərimizi müdafiə etmək üçün insanlarımızı birliyə çağırıram”.

Qeyd edək ki, düşmən təxribatlarının qarşısını almaq məqsədilə sentyabrın 27-dən başlayan ordumuzun əks-hücum əməliyyatları bir aydan bir az çox müddətdə olduqca uğurla davam edir.Bir sıra yaşayış məntəqələrini dörd rayon mərkəzini, qəsəbələri, kəndləri düşmən işğalından azad edərək inamla irəliləyən əsgərlərimiz düşməni olduqca çətin duruma salıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR