Logo

"Dünənki raket Bakıya düşə bilərdi" - CANLI YAYIM

"Dünənki raket Bakıya düşə bilərdi" - CANLI YAYIM
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünən ermənilərin mülki əhalini hədəfləyən və ordumuz tərəfindən məhv edilən raketi Bakıya düşə bilərdi.

Sfera.az bildirir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəhərlərini raket atəşinə tutması ilə bağlı xarici ölkələrin səfirləri və hərbi attaşelərinin iştirakı Hərbi İnformasiya Mərkəzinin keçirdiyi brifinqdə məlumat verilib.

Məlumata görə, həmin raketin uzaq məsafəsi 300 km olduğu üçün o, raket Bakıya və ya  Bakı ətrafına düşə bilərdi.

"Raket burada böyük infrastruktura zərər vura bilərdi. Kəşfiyyat məlumatlarına görə, Ermənistan Xankəndi ətrafında Ballıca yaşayış mövqeyindən "Toçka-U” raketi ilə şəhərlərimizə zərbələr endirib", - deyə qeyd edilib.

Qeyd edək ki, konfransda Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci Vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycan Hərbi Hava Qüvvələrinin Qərargah rəisi İkram Əliyev, Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov çıxış edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR