Kanadada Azərbaycana dəstək kortecinə ermənilər daşla hücum etdi - VİDEO
Kateqoriya məlum deyil
Kanadada yaşayan ermənilər Azərbaycana dəstək məqsədilə yaradılan kortecə hücum ediblər.
Sfera.az "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, Montreal şəhərində Azərbaycan və Türkiyə türklərinin bayraqla bəzədilən avtomobilləri erməni gənclər tərəfindən daşlanıb.
Nəticədə bir çox maşına ziyan dəyib.
Türkiyənin Kanadadakı səfiri Kerim Uras hücumla bağlı hüquq-mühafizə orqanlarıa müraciət edildiyini diqqətə çatdırıb:
"Türk və azərbaycanlıların maşın kortecinə naməlum maddələr atırlar. Bizim insanlar onlara verilən azadlıqlarından istifadə edərək sərbəst şəkildə toplaşıb erməni yalanlarına etirazlarını bildiriblər. Burada yaşayan türklərin can və mal təhlükəsizliyinin reallaşması üçün lazımi orqanlara müraciət etdik”.






