Logo

“Sərt karantin qaçılmaz olacaq...” – Həkim artan yoluxmanın vəd etdiyi perspektivdən danışdı

“Sərt karantin qaçılmaz olacaq...” – Həkim artan yoluxmanın vəd etdiyi perspektivdən danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər ölkə üzrə koronavirusa yoluxma statistikasında artım müşahidə edilir.

200-dən çox yoluxma sayı belə bir sual yaradır: " Karantin qaydaları yenidən sərtləşdirilə bilərmi?”.

Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev karantin qaydalarının yenidən sərtləşdirilməsinin qaçılmaz olduğunu və artıq bu gündən etibarən pulsuz peyvəndlərin tətbiq edildiyini bildirib:

"Əgər bu qaydada artım olsa karantin rejiminin sərtləşdirilməsi qaçılmaz olacaq. Bundan əvvəl insanlarda belə bir rahatlıq vardı ki, virus daha qurtarıb, yoluxma riski yoxdur. Xeyr, bu azalma sadəcə karantin rejimi ilə əlaqədar idi. İndi çox insan maskadan imtina edir.

Qapalı məkanlarda maska taxmayanlar var. Amma unutmamaq lazımdır ki, hələ də risklər yüksəkdir. Metronun açılmasından və tədrisin əyani formasına qayıtmasından sonra yoluxmada artım müşahidə olunub. Burada təkcə uşaqlarda müşahidə edilən virus yox, uşaqların da yoluxdurduğu kütlə önəm daşıyır.

Havaların soyumasına görə artıq virusun artma riski və koronavirusun yanaşı xəstəliklərə görə daha da ağırlaşması məsələsi aktuallaşır. Buna görə artıq bu gündən etibraən klinikalarda qripə qarşı peyvəndə başlanılıb. Sakinlər klinikalara baş çəkib pulsuz şəkildə peyvənd oluna bilərlər. Bu təklif iyulun sonundan var idi, indi alındı”.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR