"Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları görməyəcəklər" - İlham Əliyevdən qəti mövqe
Kateqoriya məlum deyil
"Qalıcı atəşkəs üçün ilk növbədə Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər. Onlar oraya dönməyəcəklər. Bu onlar üçün tamamilə imkansızdır".
Sfera.az xəbər verir ki, bunu Türkiyənin "Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
"Kim nə deyirsə, desin. Kim onları necə dəstələyirsə-dəstəkləsin, bu olmayacaq! Biz bu torpaqlara gəldik. Bu bizim dədə-baba torpaqlarımızdır. Bizi ordan heç bir qüvvə çıxara bilməz. Nə qədər tez bunu anlasalar, onlar üçün o qədər də iyi olacaq. Çünki qalıcı atəşkəs üçün iki tərəfin də buna sadiq olması lazımdır".






