Ermənilərin Gəncəni bombalaması məşhurların paylaşımlarında – Onlar etiraz etdi
Kateqoriya məlum deyil
Ermənistan tərəfinin oktyabrın 11-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 9 mülki vətəndaş həyatını itirdi, xeyli sayda insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Sfera.az xəbər verir ki, erməni terrorçularının dinc Azərbaycan vətəndaşlarını hədəf alması ilə bağlı bağlı istər yerli, istərsə də əcnəbi sənətçilər sosial media hesablarında paylaşım ediblər. Onların içərisində dünyaca məşhur müğənni Sami Yusif və türk sənətçi Alişan da var.

Qeyd edək ki, yerli müğənnilərdən Aygün Kazımova, Elza Seyidcahan, İradə İbrahimova, Günay İbrahimli və digərləri də Gəncə hadisələri ilə əlaqədar paylaşımlar edib.
Jalə Mehdi






