Gecə gərgin döyüşlər davam edib – VİDEO
Kateqoriya məlum deyil
Oktyabrın 9-da günün ikinci yarısından oktyabrın 10-u səhər
saatlarınadək bütün cəbhə boyu hərbi əməliyyatlar müxtəlif intensivliklə davam
edib, düşmənə atəş zərbələri endirilib.
Sfera.azxəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 "Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 "Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.






