İlham Əliyev: “Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir”
Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev özünün "Twitter” səhifəsində yazıb.
Ölkə başçısı növbəti tvitində qeyd edib ki, erməni silahlı qüvvələrinin şəhərlərimizi və kəndlərimizi ballistik raketlərlə atəşə tutması müharibə cinayətidir:
"Buna görə Ermənistan rəhbərliyi məsuliyyət daşımalıdır”, - deyə İlham Əliyev vurğulayıb.
Prezident digər bir tvitində bildirib ki, Ermənistan döyüş meydanında Azərbaycanın qarşısında dura bilmir:
"Döyüşü uduzur və bizi dayandırmaq, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün çirkin əməllərə əl atır. Döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur.
O bölgələrdə yaşayan soydaşlarımız möhkəm dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq və ordumuza mənəvi dəstək verəcəklər”.






