Logo

“Gənclər Təşkilatları əvvəl daha aktiv idi, indi isə...” – Bu sahədə hansı islahatlara ehtiyac var?

“Gənclər Təşkilatları əvvəl daha aktiv idi, indi isə...” – Bu sahədə hansı islahatlara ehtiyac var?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hazırda ölkədə xeyli sayda gənclər təşkilatı fəaliyyət göstərir.

Maraqlıdır, müxtəlif istiqamətlərdə 10 minlərlə gənci öz ətrafında toplayan bu təşkilatların fəaliyyətini qənaətbəxş hesab etmək olar? Vətən Müharibəsinin getdiyi bu günlərdə həmin Gənclər Təşkilatları üzərlərinə düşən tarixi misiyanı layiqincə yerinə yetirə bilirmi?

Sfera.az məsələ ilə bağlı ictimaiyyətin tanınmış nümayəndələri arasında sorğu keçirib:

Deputat Razi Nurullayev gənclər təşkilatlarının əvvəllər daha aktiv olduğunu bildirib:

“Gənclər Təşkilatları əvvəl daha aktiv idi, indi isə...” – Bu sahədə hansı islahatlara ehtiyac var?

"Açığı indiki məqamda gənclər təşkilatlarının monitorinqini aparmamışam. Amma sosial şəbəkələrdə gənclərimizi çox fəal görürəm. Belə ki, müxtəlif dillərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin rolu danılmazdır.

Ümumilikdə isə deyə bilərəm ki, əvvəllər gənclər təşkilatları daha aktiv idi. Onlar əvvəl daha çox görünüb, Azərbaycana səs sala bilirdilər. Belə ki, həmin təşkilatlar müxtəlif tədbirlər təşkil edib, internet üzərindən kampaniyalar keçirirdilər. Son illərdə, aylarda isə belə fəaliyyət qarşıma çıxmayıb”.

"Vətəndaş" İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Günel Səfərovanınsözlərinə görə indiki məqamda azı 2000 gənc informasiya müharibəsində daha təşkilatlanmış şəkildə olmalı idi:

“Gənclər Təşkilatları əvvəl daha aktiv idi, indi isə...” – Bu sahədə hansı islahatlara ehtiyac var?

"Beynəlxalq təşkilatlarda təmsil olunanların hər biri öncə azərbaycanlıdır. Düzdür, deyə bilmərəm ki, beynəlxalq təşkilatlarla əlaqədə olan gənclər təşkilatlarımız yoxdur. Amma bu say çox azdır. İllərlə bu hökumət onlarla böyük gənclər təşkilatı yetişdirib. Lakin bu gün biz onların sosial şəbəkələrdə, sosial mediada bizim xeyrimizə olan haqlı paylaşımlarını çox az görürük.

Beynəlxalq təşkilatlarda təmsil olunan azərbaycanlılar həm də bu informasiyanın qəbul edicisi olduğu üçün bu istiqamətdə işlərin aparılmasının nə qədər önəmli olduğunu bilirlər. İndiki dönəmdə kifayət qədər strukturlaşmış YAP Gənclər Partiyasının gəncləri hardadır? İndi azı 2000 gənc olmalı idi ki, informasiya müharibəsində də vuruşsun. Bizim qarşımızda olan düşmən bizə adekvat deyil. Gərək biz onlardan informasiya müharibəsində 10 dəfə güclü olaq.

Artıq illərdir ki, mən deyirəm ki, böyük izləyicisi olan blogerlər yetişdirək, çünki onların kütləsi və təsiretmə mexanizmi daha güclüdür. İndi yenə də gec deyil, bu istiqamətdə işlər görmək olar”.

Politoloq Fərhad Mehdiyev gənclər təşkilatlarının müxtəlif kurslar açmasının daha məqsədəuyğun olduğunu qeyd edib:

“Gənclər Təşkilatları əvvəl daha aktiv idi, indi isə...” – Bu sahədə hansı islahatlara ehtiyac var?

"İndi elə bir məqamdır ki, mən kimisə qınaya bilmirəm. Xalqımızda ümumi vətənpərvərlik coşqusu böyükdür. Gənclər təşkilatları heç nə etməsələr də xalqımız çox coşquludur.

Əvvəl SSRİ vaxtında atıcılıq kursundan sürücülük kursuna qədər gənclərə dərslər keçirilirdi. Məsələn, indi bəzi gənclər təşkilatları bu cür dərslər keçsələr çox yaxşı olardı. Düzdür, gənclərin döyüş bacarığının artırılması üçün belə kurslar əvvəldən təşkil olunsa yaxşı olardı, amma yenə də gec deyil.

Bundan əlavə təşkilatlar idmanla bağlı, kompüter imkanları ilə bağlı kurslar təşkil edib geniş miqyası əhatə etsələr yaxşıdır. İndiki şərait bu kursları tələb edir.

Düşünürəm ki, artıq qələbə qazandıqdan sonra orduya sərf edilən xərclər azalacaq və bu xərclərin müəyyən qismini gənclər təşkilatalarına ayırıb uğurlu nəticə əldə etmək olar”.

"Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi Natiq Cəfərli gənclər təşkilatlarının beynəlxalq çevrələrinin genişlənməsinin zəruri olduğunu vurğulayıb:

“Gənclər Təşkilatları əvvəl daha aktiv idi, indi isə...” – Bu sahədə hansı islahatlara ehtiyac var?

"Görünən odur ki, gənclər təşkilatları tərəfindən onların beynəlxalq çevrələrinin genişləndirilməsinə, Azərbaycanın hazırkı durumda mövqeyinin geniş miqyasda çatdırılmasına ciddi ehtiyac var. Bu baxımdan gənclər təşkilatlarının işinin tam da qənaətbəxş olduğunu deyə bilmərik, daha çox iş görülməlidir.

Son 10 ili götürsək görərik ki, gənclər təşkilatlarının təkcə siyasi sahədə deyil, həm də ictimai sahədə dünya üzrə böyük şəbəkələri yaranıb. Bu şəbəkələrə çıxış imkanları əldə olunmalıdır. Azərbaycan gəncləri bu şəbəkələrlə işləməyi bacarmalıdır. İndi qeyri-rəsmi şəbəkələr daha önə çəkilir, maraqlı formatlar irəli sürülür. Azərbaycan gəncləri kifayət qədər bacarıqlıdır, savadlıdır. Sadəcə çalışıb həmin şəbəkələrə çıxış əldə etməlidirlər.

İndiki məqamda Azərbaycanın öz ərazisində apardığı haqlı mübarizənin dünya miqyasında doğru çatdırılmasında gənclərimizə ehtiyac var”.

İctimai fəal Bəxtiyar Hacıyev gənclər təşkilatlarının koordinasiya edilməyə ehtiyacı olduğunu deyib:

“Gənclər Təşkilatları əvvəl daha aktiv idi, indi isə...” – Bu sahədə hansı islahatlara ehtiyac var?

"Hazırda baş verən hadisələrlə bağlı ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının bir çoxu özlərinin bildiyi formada fəaliyyətlətini təşkil etməyə çalışırlar. Amma mən düşünürəm ki, istər ölkə daxilində olan gənclər təşkilatları, istərsə də xaricdə olan tələbə və məzunlarımızın birliklərinin fəaliyyəti potensiala uyğun gəlmir. Yəni, mərkəzləşdirilmiş qaydada koordinasiya ilə fəaliyyət daha effektiv ola bilərdi.

İndiki məqamda müxtəlif gənclər təşkilatları doğru bildikləri, özlərinin uyğun gördükləri mesajları dünya ictimaiyyətinə çatdıra bilirlər. Amma onlar kordinasiya edilsəydi aparılan işlərin effekti daha çox olardı”.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR