Ermənilər azərbaycanlılara hücum etdi — Saxlanılanlar var
Kateqoriya məlum deyil
Gürcüstanın Nonitsminda munsipalitetinin Toriya kəndində azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub.
Sfera.az bildirir ki, yerli medianın məlumatına görə, istinadən xəbər verir ki, davaya səbəb mal-qaranın qonşu örüş sahəsinə girməsi, torpaq sahiblərinin isə heyvanları qovmasına görə başlayıb.
Toriuya kəndindəki örüşdən mal-qaralarını aparmağa gələn azərbaycanlılar hücuma məruz qalıb. Hadisə iştirakçılarından biri armenpress.am saytına açıqlamasında azərbaycanlılara hücum etdiklərini təsdiqləyib.
"Azərbaycanlılar 3-4 maşında gəldilər. Biz onlardan çox idik və davaya başladıq. Bizdən 3 nəfəri tutublar"-deyə o danışıb.
Gürcüstan polisi faktla bağlı 11 nəfəri saxlayıb. Onların əksəriyyətinin erməni olduğu bildirilir. Bir neçə saatdan sonra onların hamısı azadlığa buraxılıblar. Gürcüstan polisi 2 maddə ilə cinayət işi açıb. (modern.az)






