Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI
Ermənistanın baş naziri N.Paşinyan məhz işğalçı və təcavüzkar siyasətin daşıyıcısı və iştirakçısı olduğu üçün ilk siyasi iflasa Münhen Təhlükəsizlik Konfransında uğradı.Dövlət başçıları arasında keçirilən ilk ictimai debatda Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz haqlı tərəfin təmsilçisi olduğu üçün,haqq və tarixi ədaləti,beynəlxalq hüququn tələblərini yüksək siyasi və peşəkar diplomatik səviyyədə Ermənistanın dövlət başçısına başa saldığına görə,Paşinyan bütün dünyanın gözü önündə aciz və çıxılmaz duruma düşdü.
Dövlətimiz uzun illər ərzində ikili standartlarla mübarizə aparmaq məcburiyyətində qalıb.Təəssüf ki,bir çox hallarda bu cür ikili yanaşma beynəlxalq jurnalistikadan da yan ötməyib.Tanınmış jurnalist Stefen Sakurun Paşinyandan götürdüyü müsahibə peşəkar və obyektiv jurnalistikanın nadir,əvəzsiz nümunələrindən biridir.S.Sakurun sualları ədalət deyilən məhfumun real ifadəsidir.Ədalət isə haqqın təcəssümü olduğu üçün onun qılıncı bütün hərbi silahlardan daha kəsərlidir.Həmin müsahibədə jurnalistin kəskin sualları qarşısında Paşinyanın aciz durumu açıq-aydın ortada idi.Bu sualların və onlara verilən qeyri-peşəkar,səviyyəsiz cavabların hamısını sadalamaq fikrində deyiləm.Daha yaxşısı o olardı ki,marağı olanlar müsahibəni özləri izləsin.Lakin müsahibə boyu ədaləti ortaya çıxarmağa xidmət edən suallardan birini qeyd etməyim yerinə düşərdi.Bu sual işğalçı Ermənistanın təxribatçı siyasətinin mahiyyətini bir daha ortaya qoyur: ”Niyə siz ötən ilin avqustunda "Stepanakert”ə (Xankəndiyə) gedərək "Artsax (siz Dağlıq Qarabağı belə adlandırırsınız) Ermənistandır və nöqtə” bəyanatını verdiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı.Bu,Azərbaycana qarşı acıq-aydın bir təxribat idi”.
Ermənistan-Azərbaycan münaqişəsinin təməlində işğaıçı Ermənistanın həmin sualda səslənən məhz bu cür təxribatları dayanır,Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat da bu təcavüzkar siyasətin davamıdır...S.Sakura dərin təşəkkürlər...
Ülvi Quliyev
Milli Məclisin deputatı






