Logo

Deputatdan Ramiz Mehdiyevə irad: “Xatirələrini nəvələrinə danışmaq əvəzinə...”

Deputatdan Ramiz Mehdiyevə irad: “Xatirələrini nəvələrinə danışmaq əvəzinə...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Deputat Etibar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevlə hakim Yeni Azərbaycan Partiyasının qocaman üzvü Maksim Musayev arasındakı qarşıdurmadan danışıb.

Sfera.az xəbər verir ki, deputat tərəflərin ahıl yaşında savaşa çıxmalarına irad tutub.

"Ramiz Mehdiyev (doğum tarixi 17 aprel 1938) və Maksim Musayev (doğum tarixi 18 avqust 1938). Demək olar ki, həmyaşıddırlar. 82 yaşlarında hələ də vuruşurlar. Bəlkə də barmaqla göstəriləsi Sovet partiya - dövlət xadimləridir. Gedib bağda oturub xatirələrini nəvələrinə, nəticələrinə danışmaq əvəzinə bir-biriləri ilə kompramat savaşına çıxıblar. Konfliktin kökündə nəyin dayandığını hamı bilir. Ancaq bu qoca mütəxəssislər özlərini bilməməzliyə vururlar”, - deyə Etibar Əliyev vurğulayıb. (yenisabah)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR