Logo

“Bu təyinatı təklif edənləri də, dəstəkləyənləri də təbrik edirəm...” – Emin Milli

“Bu təyinatı təklif edənləri də, dəstəkləyənləri də təbrik edirəm...” – Emin Milli
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Emin Əmrullayevin Təhsil Naziri təyin olunması çox düzgün və uğurlu bir qərardır. Xaricdə aldığı təhsili də, dövlət strukturlarında aldığı iş təcrübəsi də, insani keyfiyyətləri də, onun bu işə ölkədə ən uyğun olan adamlardan biri edir”.

Sfera.az xəbər verir ki, biz sözləri sosial şəbəkə hesabında tanınmış jurnalist Emin Milli yazıb. O qeyd edib ki, Azərbaycanda pozitiv dəyişikliklər yavaş-yavaş reallaşacaq:

"Bunun üstün və mənfi tərəfləri də var. Amma tarixi təcrübə göstərir ki, bizim başqa seçimimiz indi yoxdur. Bizdə dəyişikliklər bioloji yolnan gedir, yavaş-yavaş.

Hakimiyyətdə belə kadrların çoxalması çox vacibdir. Bu həm hakimiyyətin, həm də xalqın marağlarına uyğundur. Belə qərarların sayı çoxalmalıdır.

Bu təyinatı təklif edənləri də, dəstəkləyənləri də, təbrik edirəm. Bu hökümətin son aylarda ən yaxşı PR-ı idi, çünki meritokratik, təbii, orqanik bir qərar idi.

Mən əminəm ki, xalqımız bu təyinatın gələcək illərdə təhsil sahəsində real bəhrələrini də görəcək”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR