Logo

“Atasının və digər şəhidlərimizin ruhuna hörmətsizlik etdi...” – Sevinc Osmanqızının dediklərinə etiraz

“Atasının və digər şəhidlərimizin ruhuna hörmətsizlik etdi...” – Sevinc Osmanqızının dediklərinə etiraz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Onun fikirlərini bölüşmür və bunu dövlətimiz üçün ziyanlı hesab edirəm”.

Sfera.az-a açıqlamasında bu sözləri "Osmanqızı” TV-nin rəhbəri Sevinc Osmanqızının erməniləri müdafiə edən fikirlər səsləndirməsi barədə dediklərinə münasibət bildirərkən Milli Məclisin deputatı Razi Nurullayev deyib:

"Ermənistan dövləti Azərbaycanla düşmənçilik aparır. Onlarla bağlı azacıq da olsa müsbətfikirlər söyləyən azərbaycanlıları qınayıram. Bir şəhid ailəsinin yas mərasimində iştirak edən azərbaycanlı heç zaman erməninin lehinə danışmaz. Sevinc Osmanqızının fikirlərini bölüşmürəm və bunu dövlətimiz üçün ziyanlı hesab edirəm”.

Həmsöhbətimiz təəssüflə qeyd etdi ki, hələ də şəxsi münasibətlər, şəxsi emosiyalar üzərində düşüncə və siyasət quranlar var: "Bu gün siyasi baxışlarından asılı olmayaraq hər kəs xalqın və Azərbaycanın yanında dayanmalıdır”.

"Bu xəyanətdir”.

Bu sözlər isə Milli Məclisin deputatı Fəzail Ağamalıya məxsusdur: "Bu tip şəxslər həmin hərəkətilə artıq antimilli mövqedən çıxış etməklə birbaşa erməni lobbisi içərisində yer alaraq, Azərbaycana qarşı düşmənçilik mövqeyini nümayiş etdirirlər”.

"Ən ağır cəzaya məhkum olunmalıdır”.

Bu fikirləri isə "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib: "Sevinc Osmanqızının bu hərəkəti mənəviyyatını itirmişlərin alçaqlıq nümunəsidir. Bu şəxs öz milli heysiyyatını itirib. Quldur, terrorçu ermənilərin vəhşi əməlləri tək Azərbaycanda deyil, dünya üçün bəllidir. Erməni vəhşilikləri dünya üçün bir xəstəlikdir, yaradır, onu kəsib atmaq lazımdır”.

Baş redaktora görə, S. Osmanqızı mənəvi hissiyatını itirib: "Hesab edirəm ki, S. Osmanqızının ermənilərə sərgilədiyi bu yanaşması onun mənəvi hissıyatını itirdiyinin göstəricisi olmaqla yanaşı, atasının və digər şəhidlərimizin ruhuna və bütövlükdə Azərbaycan cəmiyyətinə qarşı çox böyük hörmətsizlikdir. Düşünürəm ki, hər bir vətəndaş birmənalı şəkildə belə düşüncə sahibi olan, mənəviyyatını itirmiş insanların layiqli cavabını verməlidir”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR