Logo

Sergey Lavrov narahatdır - Rusiyadakı azərbaycanlı və erməni icması ilə görüşdü

Sergey Lavrov narahatdır - Rusiyadakı azərbaycanlı və erməni icması ilə görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyulun 23-də Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov Rusiyanın Azərbaycanlı və Erməni icmalarının görkəmli nümayəndələri – "Kievskaya Meydanı» MMC İdarə Heyətinin sədri G.S. Nisanov və Ümumrusiya Erməni İttifaqı İctimai Birliyinin prezidenti A.A. Abrahamyan ilə görüş keçirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Görüşdə Rusiya Federasiyası ərazisində  mövcud qanunvericiliyə uyğun olaraq millətlərarası sülhün və harmoniyanın qorunmasında Azərbaycan və Ermənistan icmalarının rolu müzakirə edilib.

Rusiya vətəndaşlarının hüquqlarının milli əsaslarla pozulması hallarının qarşısının alınması və aradan qaldırılması üçün birgə  izahedici  və maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib.

Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılmasına şərait yaradılması üçün Azərbaycanlı və Erməni icmalarının konstruktiv töhfəsinin vacibliyi vurğulanıb.

Turan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR