Logo

DİN-dən sənədini yoxladığı qadına tanışlıq məqsədilə mesaj yazan polislə bağlı AÇIQLAMA

DİN-dən sənədini yoxladığı qadına tanışlıq məqsədilə mesaj yazan polislə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Dünən sosial şəbəkələrdə metronun "Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib.

"Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək" - məlumatda bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR