Logo

Paşinyanın Belarusa gedişinin səbəbləri: “Bu səfərin iki məqsədi var”

Paşinyanın Belarusa gedişinin səbəbləri: “Bu səfərin iki məqsədi var”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistan baş naziri Nikol Paşinyan bu səfərində istədiyi məqsədlərə çata bilməyəcək və ölkəsinə qayıdandan sonra problemləri daha da artacaq".

Bunu "MediaPost"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın Belarusa səfərinin iki məqsədi var:

"Paşinyanın belə ağır itkilər verdiyi, döyüşlərin davam etdiyi bir vaxtda Belarusa səfər etməsi təbii ki, səbəbsiz deyil. Birincisi, bu səfərlə mesaj ötürmək istəyir ki, guya vəziyyət Ermənistan üçün ağır deyil, guya döyüşlər onların ordusunda problem yaratmır. O, bu görüşlə sərhəddəki hadisələrdə ordusuna arxayın olduğunu göstərmək istəyir. Lakin onların hər gün həm canlı qüvvəsinin, həm də texnikasının məhv olunması xəbərini eşidirik. Səfərdə ikinci məqsəd belədir ki, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan digər dövlətlərdən dəstək almaq istəyir. Bu dəstəyi isə ona hələ ki heç kim vermir. Dünya üzrə ən böyük dəstək Azərbaycanadır. KTMT üzvləri Ermənistana görə Azərbaycanla münasibətlərə xələl gətirmək istəmirlər. Düşünürəm ki, Paşinyan bu səfərində istədiyi məqsədlərə çata bilməyəcək. Ölkəsinə qayıdandan sonra problemləri daha da artacaq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR