Logo

“Heç vaxt onunla eyni təyyardə uçmayacam” – Putini baş nazirdən “soyudan” səbəb

“Heç vaxt onunla eyni təyyardə uçmayacam” – Putini baş nazirdən “soyudan” səbəb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir Putin baş nazirlə eyni təyyarədə uçmamağının səbəblərindən danışıb.

Sfera.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin bu qaydanı hökumət başçısının üzərinə düşən xüsusi məsuliyyətlə izah edib. Həmçinin baş nazirin xəstəliyindən sonra "çox diqqətli davranmağa" məcbur olduğunu da söyləyib.

Rusiya Prezidenti Vladimir Putin heç vaxt ölkəsinin baş naziri ilə eyni təyyarədə uçmayacağına, eləcə də prezidentlə baş nazirin müxtəlif laynerlərdən istifadə edərək eyni vaxtda ölkəni tərk etməyəcəklərinə dair xüsusi qayda tətbiq edib. Bu haqda dövlət başçısı "Rossiya1” telekanalının "Moskva. Kreml. Putin” proqramında danışıb.

"Çünki ölkədəki vəziyyətə görə xüsusi məsuliyyət daşıyırıq”,- deyə dövlət başçısı vurğulayıb.

Putinin sözlərinə görə, baş nazir xəstələnəndə, o, "çox diqqətli davranmağa və öz iş qrafikini vəziyyətə uyğun qurmağa məcbur idi”.

Prezident qeyd edib ki, insanlarla ünsiyyət qurmağı xoşlayır, buna görə də özünütəcrid rejimi onun üçün əsl sınaq oldu. "İnsanlarla birbaşa əlaqə yaratmaqdan daxili zövq alıram. Amma yaxşı anlayıram ki, vəziyyət iş rejimimi və iş qrafikimi dəyişdirməyi tələb edir”, - deyə o bildirib.

Putin həmçinin hər 3-4 gündən bir koronavirus testindən keçdiyini də söyləyib. "Testlərin nəticəsi mənfi olurmi?” sualına prezident: "Şükür Tanrıya, bəli”,- deyə cavab verib.

Xatırladaq ki, baş nazir Mixail Mişustin aprelin sonunda koronavirusa yoluxmuşdu və koronavirus testinin müsbət nəticə verdiyi haqda prezidentə məlumat verib, özünütəcrid rejiminə keçdiyini bildirmişdi.Elə həmin vaxt Mişustinin klinikada müalicə kursu keçəcəyi məlum olmuşdu. Rusiya Nazirlər Kabineti rəhbəri vəzifəsi müvəqqəti olaraq baş nazirin müavini Andrey Belousova tapşırılmışdı. Mişustin 20 gündən sonra xəstəxanadan buraxılaraq iş başına qayıtmışdı.

Ötən illərdə Dmitri Medvedyev də xəstələnmişdi. 2017-ci ilin martında məlum olmuşdu ki, o, qripə yoluxub. O zaman Putin baş nazirin xəstəliyini belə şərh etmişdi: "Dmitri Anatolyeviçi qoruya bilmədik”.

2018-ci ilin avqustunda Medvedyevin əvvəlcədən planlaşdırılmış ictimai tədbirlərdə iştirak etməməsini isə Nazirlər Kabinetinin mətbuat xidməti baş nazirin idmanla məşğul olduğu zaman zədə aldığı ilə izah etmişdi.

Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR