Qatili polis rəisi himayə edir
Sfera.az xəbər verir ki, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxaq axtarışda olan paytaxt sakini Yasin Həsənov tutulub.
Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub. Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib.
Faktla bağlı Baş İdarədə Yasin Həsənov ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Əldə etdiyimiz məlumatlara görə qatil kriminal aləmdə əldə etdiyi vəsaitlərlə Bakının Bakıxanov qəsəbəsində çoxmərtəbəli binaların inşaatı ilə məşğul olur. Bu şəxsin indiyə qədər həbs olunmamasında isə bir polis rəisinin müstəsna rolunun olmasına dair məlumatlar dolaşmaqdadır. Bu və digər ilginc təfərrüatlarla bağlı dəqiqləşdirmələrimiz davam edir və mövzuya yenidən qayıdacağıq.






