Logo

Daha bir xəstəxana koronavirus xəstələri üçün ayrıldı – RƏSMİ

Daha bir xəstəxana koronavirus xəstələri üçün ayrıldı – RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər ərzində koronavirus pandemiyasıyla mübarizəni gücləndirmək və bu virusa yoluxan xəstələrin müalicəsi prosesini sürətləndirmək üçün Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən xəstəxanalar koronavirus xəstələri üçün ayrılıb.

Bu xəstəxanalardan biri də Zərdab Rayon Mərkəzi Xəstəxanasıdır.

Bu haqda Qazet.az-a Zərdab rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Vasif Məmmədov məlumat verib.

"Həftənin 1-ci günündən etibarən, Zərdabın xəstəxanası karantin rejimli xəstəxanaya çevriləcək. Orada infeksion şöbənin nəzarəti altında xəstəxana koronavirus virusuna yoluxmuş xəstələrin istifadəsinə veriləcək”, – deyə V. Məmmədov bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR