Logo

Nikita Xruşşovun oğlu ABŞ-da öldü

Nikita Xruşşovun oğlu ABŞ-da öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş birinci katibi Nikita Xruşşovun oğlu, texnika elmləri doktoru Sergey Xruşşov 85 yaşında ABŞ-da dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu haqda RİA Novosti-yə mərhumun dostu Qeri Pauers xəbər verib.

"Dostumun ailəsi ilə danışdım və yaxınları onun öldüyünü təsdiq etdilər",- deyə agentliyin həmsöhbəti bildirib.

Bu məlumatı RBK (red.RоsBiznesКоnsaltinq)-ə Sergey Xruşşovun nəvəsi Nina da təsdiqləyib. Ailənin dostu, keçmiş diplomat Mark Harrison REN TV-yə bildirib ki, keçmiş sovet liderinin oğlu iyunun 18-də dünyasını dəyişib.

Ölümün səbəbləri aydınlaşdırılır.

Xruşşovun oğlu kosmik sistemlərin konstruktoru kimi çalışırdı, 1963-cü ildə o, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Ötən əsrin 90-cı illərində isə ABŞ-a mühacirət edib və 1999-cu ildə Amerika vətəndaşlığını alıb.

Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR