“Epidemiya, insanlara hələ uzun müddət psixoloji narahatlıqlar yaşadacaq”
Hüquqşünas Orxan D. Məmmədli şəxsi fasebook səhifəsində COVİD-19 koronavirus pandemiyasından sonra ölkəmizdəki həyatın mənzərəsini öz baxış bucağından təsvir edib.
Sfera. az istifadəçinin sözügedən durumunu oxucularına təqddim edir:
"Hava birdən isindi. Yuxudan oyandıq, amma baxdıq ki, heç yerə səfər edə bilmirik. Ötən yay yadımıza düşür. İştirak eydiyimiz festivallar, ziyarət etdiyimiz şəhərlər...
Xatirələrimizi həsrətlə vərəqləyirik. Pandemiyadan sonra çox şeylərin dəyişəcəyini bilirik. Bundan sonra həyatımızın necə olacağını gələcək göstərəcək.
Düşünürəm ki, bütün dünyanın düzənini dəyişən epidemiya, insanlara hələ uzun müddət psixoloji narahatlıqlar yaşadacaq. Bununla belə, pandemiyadan sonra turizm sektorunun müsbət tərəfə dəyişəcəyini düşünürəm.
İnanıram ki, turizm tarixində yeni bir səhifə açılacaq. Hər şey əvvəlkindən daha yaxşı olacaq.
Əlbəttə, pandemiya səbəbindən ən çox zərər görən sahələrdən biri turizm sektorudur, amma əminəm ki, ən qısa zamanda toparlanacaq...”
Sfera.az






