Logo

“KORONAVİRUSDAN ÖLMƏYİB” – Teymur Mustafayevin ailəsindən etiraz

“KORONAVİRUSDAN ÖLMƏYİB” – Teymur Mustafayevin ailəsindən etiraz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün koronovirusdan vəfat etdiyi açıqlanan xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayevin ailəsi bildirir ki, mərhum sənətkar koronavirusdan ölməyib.

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, xalq artistinin nəvəsi Orxan Həsənli babasının koronovirusdan yox, şəkər xəstəliyindən dünyasını dəyişdiyini açıqlayıb:

"Mən Teymur Mustafayevin nəvəsiyəm. Babamın koronovirusdan öldüyü yalan məlumatdır. Babam şəkərli diabetdən dünyasını dəyişib. Başqa məlumatlara inanmayın”.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

T.Mustafayev bu gün doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında – həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR