Logo

Millət vəkili Asim Mollazadə seçiciləri ilə onlayn görüş keçirib - FOTO

Millət vəkili Asim Mollazadə seçiciləri ilə onlayn görüş keçirib - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Demokratik İslahatlar Partiyasının Facebookdakı rəsmi səhifəsində tanınmış siyasətçi, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadənin seçicilərilə ilə keçirdiyi növbəti onlayn görüşü haqda məlumat verilib.

Sfera.az sözügedən paylaşımı oxucularına təqdim edir: "Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bu gün seçiciləri ilə növbəti onlayn görüşünü keçirib. Koronavirus pandemiyası səbəbindən seçiciləri ilə internet vasitəsilə əlaqə saxlamaq məcburiyyətində qalan millət vəkili, onların şikayətlərini dinləyib.

Seçicilər deputata sosial müavinətlərlə bağlı problemlərdən, yaşayış yerlərinin yararsız hala düşməsindən, bu işlə məşğul olmağa məsul olan icra strukturlarının məsələyə laqeyd yanaşmasından, vərəsəlik hüquqlarının pozulmasından şikayətləniblər.

Asim Mollazadə seçicilərinin şikayətlərini qeydə alaraq, bu barədə müvafiq qurumlara sorğu göndərəcəyini və problemlərinin həllində onlara yardımçı olmağa çalışacağını bildirib.”

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR