“İyunun 16-sı bir ay olacaq, divandan isə səs-soraq yoxdur…” – Embawood-dan şikayət var
Fəridə Cəfərova adlı istifadəçi "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.
Sfera.az xanım istifadəçinin şikayət məktubunu oxucularına təqdim edir:
"Salam. Şikayətim Embawood mebel şirkətindəndir. Deməli, biz 2018-ci ilin dekabirında "Embawood” un Babək prospektində yerləşən magazasından iki illik zəmanətlə şəkildə gördüyünüz 1840 man. dəyərində divan aldiq.
Bir müddət sonra divan cırıldamağa başladı. 126-yazəng vurub iradimi bildirdim. Usta göndərdilər, divan evdə təmir etdildi. Qısa müddətdən sonra divan tamamilə çökdü. Zəng vurub bildirik, gəlib baxdılar və divanın təmirə aparılmalı olduğunu söylədilər. Mən bildirdim ki, malı aldığımız gündən vur-tut bir il keçir, artıq ikinci dəfə təmirə ehtiyacı var, xahiş edirəm, malı dəyişdirin. Şirkət əməkdaşları isə cavab verdilər ki, mal il ərzində 3 dəfə təmirə gedəndən sorna dəyişdirilə bilər. Hazırda divanı yalnız təmir edə bilərik.
Yeni il ərəfəsi olduğundan divanı təmirə yollamadım. Mayin 16-sı yenidən şirkətdən zəng gəldi, təmir adi ilə gəlib divanı apardilar,özü dəbildirdilər ki, 15-20 günə qaytarıb gətirəcəklər. Onlardan xahiş etdim ki, mümkün qədər tez qaytarsınlar divanı. Dedilər ki, nəzərə alarıq.
İyunun 16-sı bir ay olacaq, divandan isə səs-soraq yoxdur. Bu gün yenidən zəng vurub divanımın taleyi ilə maraqlandım. Dedilər ki, sunger Türkiyədən sifariş olunub, gözləməyə razısınızmı? Razı olub olmadığımı soruşmaq hələ indi yadlarına düşüb.
Sözüm o ki, siz də sözügedən şirkətin adına, malların zahiri görünüşünə aldanmayın. Yoxsa sonra mənim kimi həm pulunuzdan, həm də divanınızdan olarsınız. Üstəlik əsəblərinizi də korlayarlar.
Onlara şikayət edəcəyimi bildirəndə sakitcə cavab verdilər ki, buyurun, istədiyinizi edin, yəni ki, vecimizə deyil. İndi siz deyin, mən nə edim???”
Sfera.az






