Logo

Bu həftə 3 gün evdən çıxmaq qadağan olunacaq? - RƏSMİ

Bu həftə 3 gün evdən çıxmaq qadağan olunacaq? - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məlum olduğu kimi, koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə ötən şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi.

Sözügedən qərarın bu həftəsonu da (13, 14 iyun) tətbiq olunacağı və eyni zamanda bazar ertəsi 15 iyun "Qurtuluş günü” – qeyri-iş günü olduğu üçün həmin gü də "evdə qal” tədbirinin tətbiq olunacağı barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı e-huquq.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, hələlik bu haqda rəsmi qərar yoxdur.

"Bu barədə heç nə deyə bilmərəm. Məndə bununla bağlı konkret bir məlumat yoxdur”, – deyə o qeyd edib.

Qeyd edək ki, son məlumatlara görə, ölkəmizdə 7 553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 149 nəfər müalicə olunaraq sağalıb, 88 nəfər vəfat edib, 3 316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 339 876 test aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR