Ecazkar İsmayıllı zirvәlәrindә turizm hәdәflәri – İcra başçısı paylaşım etdi
Sfera.az xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rəsmi facebook səhifəsində "Ecazkar İsmayıllı zirvәlәrindә turizm hәdәflәrimiz vardır...” başlıqlı videogörüntü paylaşıb.
Qeyd edək ki, Azərbaycanda turizmin inkişaf etdirilməsi, turizm xidməti səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, regionlarda turizm məhsulunun təşviqi və Turizm İnformasiya Mərkəzləri şəbəkəsinin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 02.02.2015-ci il 40 saylı əmri ilə İsmayıllı Turizm İnformasiya mərkəzi yaradılıb.
İsmayıllı Turizm İnformasiya Mərkəzi bölgədə daxili turizmin inkişaf etdirilməsinə yerli və xarici turistlərin rayona cəlb olunmasına xidmət göstərir. Mərkəz həmçinin informasiya texnologiyaları vasitəsi ilə bölgənin turizm potensialı barədə ətraflı məlumatlar göndərir, sorğuları cavablandırır. Regiona gələn turistlərin gəzintisini və yerləşməsini təmin edir.
Ötən illər ərzində bölgənin turizm potensialını əks etdirən flayerlər, bukletlər hazırlanaraq çap olunub. Bukletdə tarixi abidələr, tarix diyarşünaslıq muzeyləri,rayonungörməli yerləri, regionun mədəni irsi, regionun mətbəxi, ailəvi istirahət mərkəzləri, xalq sənətkarlığı əks olunub. Magistral yol kənarlarına reklam banerləri vurulub.
Yurdumuzun səfalı guşələrindən olan İsmayıllı rayonunda turizmin inkişaf etdirilməsi üçün geniş potensial imkanlar var. Bunu rayonun icra başçısının təqdim etdiyi videoçarxda əyani surətdə görmək olar.
Sfera.az sözügedən videoçarxı oxucularına təqdim edir:






