Logo

26 il nazir işləyən Əbülfəs Qarayev əslində kimdir? – DOSYE

26 il nazir işləyən Əbülfəs Qarayev əslində kimdir? – DOSYE
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabiq Mədəniyyət naziri Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. O, 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib.

Sfera.az xəbər verir ki, 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.

1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985-1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.

1989-1992-ci illərdə – Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb (1992-ci ilin yanvar ayında "1918-1930-cu illərdə – Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri” mövzusunda dissertasiya müdafiə edərək "Fəlsəfə elmləri namizədi” elmi dərəcəsi almışdır.

1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992-1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim olub.

1993-1994-cü illərdə "İMPROTEKS Kommers” kiçik müəssisəsində müdir vəzifələrində çalışıb.

1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilmişdir.

Qeyd edək ki, Əbülfəs Qarayev bu gün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə vəzifəsindən azad edilib.

Ailəlidir, bir övladı var.

(qazet)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR