Logo

Həbs olunan generalın bu fotosu GÜNDƏM OLDU

Həbs olunan generalın bu fotosu GÜNDƏM OLDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə general-leytenant Nağıyev Əfqan Vəli oğlu saxlanılarkən çəkilmiş fotosu yayılıb və həmin görüntü istifadəçilərin böyük ilgisinə səbəb olub. Fotonu təqdim edirik.

Həbs olunan generalın bu fotosu GÜNDƏM OLDU

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR